Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb. Tərəflər iki ölkə arasında strateji əməkdaşlığın vacib məsələlərini müzakirə ediblər.
“Gürcüstanla Azərbaycan Respublikası arasında dövlət müstəqilliyinin bərpasından sonra daha da möhkəmlənmiş və keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş çoxəsrlik mehriban qonşuluq ənənələri mövcuddur. Dərindən əminəm ki, ölkələrimiz arasında yüksək səviyyəli strateji və mehriban qonşuluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə daha da güclənəcək” -deyə Levan Davitaşvili İlham Əliyevlə görüşdə bildirib.
Gürcüstanın vitse baş naziri Azərbaycan prezidenti ilə birlikdə iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər, o cümlədən enerji, nəqliyyat, turizm, rabitə, investisiya və digər sektorlar istiqamətində müzakirə aparıb. Levan Davitaşvilinin verdiyi məlumata əsasən, İlham Əliyevlə Azərbaycan və Gürcüstanın həm Qərbi, həm də Mərkəzi Asiya ölkələri istiqamətində artan yük axınını təmin etmək baxımından malik olduğu imkanlar barədə danışıblar.
Vitse baş nazirinin sözlərinə əsasən, tərəflər həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və rəqəmsal transformasiya sahəsinin inkişafı, eləcə də regionu beynəlxalq turizm bazarında təşviq edəcək birgə turizm layihələrinin həyata keçirilməsi barədə danışıblar.
“İki ölkə arasında əməkdaşlıq həqiqətən strateji əhəmiyyət kəsb edir və Azərbaycan bizim əsas iqtisadi tərəfdaşlarımızdan biridir. Bu ölkə ilə əməkdaşlığımız təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətli bir çox mühüm layihələri əhatə edir”-bu barədə Levan Davitaşvili Azərbaycan prezidenti ilə keçirilən görüşün başa çatmasından sonra bildirib.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.