Levan Davitaşvili İqtisadiyyat Nazirliyinin komandası ilə görüşüb
Levan Davitaşvili İqtisadiyyat Nazirliyinin komandası ilə görüşüb

Gürcüstanın yeni iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili İqtisadiyyat Nazirliyinin komandası ilə görüşüb.

Levan Davitaşvilinin qeyd etdiyi kimi, İqtisadiyyat Nazirliyinin komandasının fəaliyyəti əhali qarşısında əsas öhdəliklərin layiqincə yerinə yetirilməsinə yönəldiləcək.

“Mənim İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində illərdir iqtisadiyyatın bərpası istiqamətində uğurla çalışan komanda ilə görüşüm oldu. Bu nazirlik, xüsusən də Kovid-pandemiya kontekstində, bütün biznes sektorlarının İqtisadiyyat Nazirliyi ilə əlaqələrinə ümid bəslədiyi zaman iqtisadiyyata dəstəyini göstərdi və biz həqiqətən 2019-cu ilin məlumatlarına qayıtdığımızı və ya iqtisadiyyatı bərpa edə bildiyimizi gördük. Biz başa düşürük ki, sürətli iqtisadi inkişaf baxımından qarşımızda böyük vəzifələr var və mən əminəm ki, peşəkar komanda ilə birlikdə iqtisadi inkişaf, daha çox məşğulluq və daha çox investisiyanın cəlb edilməsi ilə bağlı əhalimiz qarşısında götürülmüş əsas öhdəlikləri layiqincə yerinə yetirə biləcəyik. ”, – deyə Levan Davitaşvili bildirib.Bu gün İnkişaf Nazirliyində keçirilən görüşdə keçmiş iqtisadiyyat naziri Natia Turnava və onun müavinləri iştirak ediblər.

Levan Davitaşvilinin namizədliyi bu gün Gürcüstanın baş naziri İrakli Ğaribaşvili tərəfindən iqtisadiyyat naziri vəzifəsinə irəli sürülüb.