Levan Davitaşvili İqtisadiyyat Nazirliyinin biznes üçün 50-yə qədər kurortun özəlləşdirilməsi paketini təklif etməyi planlaşdırdığı barədə məlumat verib
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yaxın zamanda biznes üçün Gürcüstanın müxtəlif regionlarında mövcud 50-yə qədər kurortun özəlləşdirilməsi paketini təklif etməyi planlaşdırır.
Bu barədə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.
Levan Davitaşvili nazirliyin komandası və “Kurortların İnkişafı Agentliyi”nin ölkə üzrə mövcud kurortları öyrənmək üçün bir neçə ay işlədiyini bildirib. Demək olar ki, bütün munisipalitetləri ziyarət etdilər, yerli hakimiyyət orqanları və maraqlı qruplar, eləcə də turizm sektorunda olan şəxslərlə işləyiblər.
İqtisadiyyat naziri həm mövcud kurortların vəziyyətinin, həm də perspektiv, potensial kurortların inkişaf imkanlarının öyrənildiyini bildirib.
“Bu gün 50-yə yaxın yer qiymətləndirilib və hazırlanıb ki, bu da, fikrimizcə, investorlar üçün maraqlı olacaq. Bunlar müxtəlif istiqamətlərin- balneoloji və ya digər attraksionlara malik lokasiyalarıdır. İnvestisiyaları cəlb etmək üçün biz tezliklə bizneslərlə proaktiv ünsiyyətə başlayacağıq. Dövlət Əmlakının Milli Agentliyi dövlət əmlakının özəlləşdirilməsi təkliflərinə başlayacaq”- deyə Levan Davitaşvili açıqlayıb.
Bununla yanaşı, iqtisadiyyat naziri tərəfindən verilən məlumatda bu kurortlar və ya kurort zonalarının düzgün plana uyğun inkişaf etdirilməsi və xaotik inkişafın olmaması üçün rəhbərlik etdiyi qurumun baş planların işlənib hazırlanması baxımından daha geniş istiqamətlər üzrə fəaliyyət göstərəcəyi deyilir.