Levan Davitaşvili - "Hualing" azad sənaye zonasının genişləndirilməsi şirkətin əlavə sərmayələr cəlb etməsini və əhalinin məşğulluğunun artmasını təşviq edəcək
Hökumətin qərarı ilə, Kutaisidəki “Hualing” azad sənaye zonası bir neçə hektar genişləndiriləcək. Müvafiq razılaşma İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə “Hualing” şirkəti arasında imzalanıb.
Razılaşmanın imzalanmasından sonra, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili , “Hualing” Kutaisi sənaye zonasının genişləndirilməsinin şirkətə əlavə sərmayələr qoymağa və yüzlərlə vətəndaşı işlə təmin etməyə imkan verəcəyini bildirib.
“Əlavə investisiyaların cəlb edilməsi və əhalinin məşğulluğu üçün hər cür şəraitin yaradılacağı müasir sənaye zonasının yaradılması bizim üçün çox vacibdir . Şirkət yaxın illərdə məhz bu müvafiq infrastrukturun qurulması və yüzlərlə insanı işlə təmin etmək üçün bir neçə milyon əlavə sərmayə qoymaq öhdəliyi götürür”- deyə Levan Davitaşvili bildirib.
Genişlənmə nəticəsində yerli və xarici investorlara qısa müddət ərzində “Hualing Tiz” ərazisində müxtəlif müəssisə- emal layihələri və ya anbar təsərrüfatları yarada bilmələrinə kömək edəcək əlavə infrastruktur qurulacaq.
Kutaisidə “Hualing” azad sənaye zonası 2015-ci il oktyabrın 1-dən fəaliyyət göstərir.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.