Levan Davitaşvili - hökumət Qazaxıstandan Gürcüstan vasitəsilə əlavə tranzit axınının cəlb edilməsi üçün intensiv işləyir, baş nazirin və hökumətin Mərkəzi Asiya ölkələrinə səfərləri bunun bariz nümunəsidir
Hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə neftin Gürcüstandan keçməklə Avropaya nəqli ilə bağlı sual ünvanlanıb.
Suala: “Neft Gürcüstan vasitəsilə Avropaya çatdırılmalıdır. Gürcüstan tərəfindən bununla bağlı danışıqlar aparılırmı və ya danışıqlar hansı mərhələdədir ?”, Davitaşvili cavabında bildirib ki, nazirlik və bütövlükdə hökumət bu məsələ üzərində intensiv işləyir.
O, Türkiyə və Azərbaycanın nazirlərinin iştirakı ilə sabah Tbilisidə nəqliyyat nazirlərinin görüşünün keçiriləcəyini bildirib . Davitaşvili, görüşdə tranzit imkanlarının artırılmasının müzakirə olunacağını əlavə edib.
“Qazaxıstandan Gürcüstan üzərindən keçməklə orta dəhliz, Transxəzər dəhlizində əlavə tranzit axınının cəlb edilməsinə gəlincə, əlbəttə ki, nazirlik və bütövlükdə hökumət bununla bağlı intensiv işləyir. Gürcüstanın baş nazirinin və hökumətinin Mərkəzi Asiya ölkələrinə etdiyi dövlət səfərlərinin səviyyəsi fikrimcə bunun birinci, çox bariz nümunəsidir. Bildiyiniz üzrə, Türkmənistan, Özbəkistan, Qazaxıstan rəhbərliyi ilə ən yüksək səviyyədə görüşlərimiz oldu. Mineral ehtiyatlarla zəngin ölkələrin Gürcüstan dəhlizinə daha çox maraq göstərməsinə gəlincə, biz məhz bu məsələləri nəzərdən keçirdik.
Bununla bağlı Özbəkistanda, Türkmənistanda və o cümlədən Qazaxıstanda çox konkret danışıqlar aparılıb. Hələ bu səfərlərdən əvvəl də bizim işgüzar prosesimiz olub, texniki səviyyədə bir çox məsələləri müzakirə etmək üçün bir çox nümayəndə heyətləri Gürcüstanda, o cümlədən Gürcüstanın nümayəndə heyətləri Qazaxıstanda və digər Orta Asiya ölkələrində olub. İşgüzar proses davam edir.
Məsələn, sabah Tbilisidə, Türkiyə və Azərbaycan nəqliyyat nazirlərinin iştirakı ilə görüşdə məhz tranzit imkanlarının , orta dəhlizin rəqabət qabiliyyətinin artırılmasından bəhs olunacaq.
Müsbət gözləntilərimiz var, lakin bunun bir gündə baş verməyəcəyini təsəvvür etməliyik. Çox nüanslar var, yalnız bir növ yükdaşıma və bir növ məhsuldan söhbət getmir. Daha uzun, ortamüddətli müqavilələr var. Bu halda da təsəvvür etməliyik ki, dövlətlər danışıqlar apararkən, qərarların qəbulunda iştirak edən çoxlu özəl şirkətlər var, o cümlədən neft məhsullarının bilavasitə sahibləri halında, beynəlxalq konsorsiumlar, Mərkəzi Asiyada qərarları olduqca vacib olan beynəlxalq neft şirkətləri var . Baş nazirlə birlikdə müxtəlif iqtisadi forumlarda bu şirkətlərlə ayrı-ayrılıqda əlavə ünsiyyətimiz, söhbətlərimiz olub. Beləliklə, bu iş prosesi heç vaxt olmadığı qədər intensivliklə davam edir. İmkanlar kifayət qədər böyükdür, lakin dəhlizdə iştirak edən ölkələrin bir-biri ilə necə sinxron işləyəcəyindən, bir tərəfdən infrastrukturun, digər tərəfdən isə xidmətlərin necə təşkil olunacağından çox şey asılıdır. Sabah danışacağımız şey məhz budur. Bu proses davam edir. Biz axını mütləq artıracağımızı təsdiq edirik. Biz gələn ildən bu istiqamətdə daha çox konkretlik olacağını gözləyirik, çünki iş prosesi vaxt tələb edir və bu, bu il çəkəcək” – deyə Levan Davitaşvili bildirib.