Levan Davitaşvili - gələn ilin əvvəlində Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi iqtisadi əməkdaşlıq sazişinin imzalanması mümkün olacaq
Levan Davitaşvili - gələn ilin əvvəlində Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi iqtisadi əməkdaşlıq sazişinin imzalanması mümkün olacaq

 
Əmirliklərə səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik. Sentyabr ayında iki ölkə arasında ümumi iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanmasını nəzərdə tutan danışıqların birinci mərhələsini çox uğurla başa vurduq -bu barədə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

Davitaşvili saziş çərçivəsində Gürcüstanda investisiyaları həvəsləndirməyin mümkün olacağını, bunun da ölkə iqtisadiyyatı üçün çox vacib olduğunu bildirib.

“Həmkarlarımız təsdiq etdilər ki, gələn ilin əvvəlində, ikinci raunddan sonra ölkələr arasında azad ticarət məsələlərini özündə əks etdirən belə bir sazişin imzalanması mümkün olacaq, bu da bizim üçün çox vacibdir. Bu saziş çərçivəsində  Gürcüstanda investisiyaları təşviq etmək imkanımız olacaq, əlbəttə ki, bu, ölkəmizin iqtisadiyyatı üçün çox vacibdir, çünki Əmirliklər inkişaf etmiş ölkələrdən biridir, transformasiyaya məruz qalan və getdikcə daha innovativləşən 400 milyardlıq iqtisadiyyatdır. Gürcüstan da çox dinamik inkişaf edir və hesab edirəm ki, ölkələr arasında iqtisadi əməkdaşlıq potensialı kifayət qədər böyükdür və bu saziş çərçivəsində biz real, konkret, nəzərəçarpacaq nəticələr əldə edə biləcəyik ki, bu da ölkəmizin iqtisadiyyatının inkişafına töhfə verəcək ” -deyə Levan Davitaşvili bildirib.