Levan Davitaşvili - qaz anbarı enerji müstəqilliyi üçün mühüm layihədir, bu proses hazırda davam edən təfərrüatlı tədqiqatlar tələb edir və biz bunu lazım gəldiyi kimi edəcəyik
Qaz istehlakında rus qazının idxalı yeddi faizi keçmir. Bundan irəli gələrək asılılıq böyük deyil. Gürcüstan əvvəlki ilə nisbətən daha çox qaz istehlak edəcək və bu tələbat iqtisadiyyatın artımı ilə birlikdə hər il artacaq. Onu hardansa doldurmalıyıq, alternativlər çox vacibdir -bu barədə İqtisadiyyat naziri Levan Davitaşvili rus qazı və qaz anbarı ilə bağlı sualı cavablandırarkən bildirib.
Nazir parlamentdə qaz təchizatı mənbələrinin şaxələndirildiyini açıqlayıb.
“Gürcüstanın müxtəlif xətlərdən qazla təmin olunmasından danışırıq və bundan irəli gələrək qəzalar, təxribat və ya gözlənilməz hadisələr baş verərsə, mümkün qədər sığortalamağa çalışacağıq. Lakin, qaz anbarı enerji müstəqilliyi və enerji gücü baxımından vacib layihədir, bunun üçün 130 milyon vəsait ayrılmışdı. Lakin pandemiya şəraitində dövlət əsas vəsaitləri başqa istiqamətlərə yönəltməli oldu. Təbii ki, biz artıq bərpadan danışmağa başlamışıq. Resurslar ortaya çıxır, ona görə də bu proses davam edir, başqa, daha adekvat kiçik miqyaslı layihənin yeni dizaynla necə həyata keçirilə biləcəyi müzakirə və öyrənilmə mərhələsindədir. Söhbət təkcə vəsaitlə bağlı deyildi. Burada seysmoloji sabitlik, geologiya və s. daxil olmaqla bir çox digər kritik suallarla bağlı məsələlər var idi. Bundan irəli gələrək, bu proses hazırda davam edən təfərrüatlı tədqiqatlar tələb edir və biz bunu lazım gəldiyi kimi edəcəyik”- deyə Davitaşvili bildirib.