Levan Davitaşvili - əhalini maksimal şəkildə sərfəli şərtlərlə yanacaqla təmin etmək üçün ucuz mənbələrdən yanacağın tədarükü, eləcə də marjanın minimuma endirilməsi imkanlarını müzakirə edəcəyik
Levan Davitaşvili - əhalini maksimal şəkildə sərfəli şərtlərlə yanacaqla təmin etmək üçün ucuz mənbələrdən yanacağın tədarükü, eləcə də marjanın minimuma endirilməsi imkanlarını müzakirə edəcəyik

 
Əhalini maksimal şəkildə sərfəli şərtlərlə yanacaqla təmin etmək üçün ucuz mənbələrdən yanacağın tədarükü, eləcə də marjanın minimuma endirilməsi imkanlarını müzakirə edəcəyik – bu barədə Levan Davitaşvili Baş nazir İrakli Ğaribaşvilinin tapşırığı ilə maliyyə naziri Laşa Xutsişvili və Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadzenin iştirak etdiyi kiçik yanacaq paylayıcı şəbəkələrin nümayəndələri ilə görüşdə bildirib. Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.

“Yanacaq bazarında tam hüquqlu, rəqabətli mühitin olması, bahalaşmış yanacağın əhaliyə maksimal şəkildə ucuz və əlverişli şərtlərlə tədarük edilməsi bizim üçün önəmlidir. Yaranmış geosiyasi vəziyyət, bölgədəki hərbi əməliyyatlar səbəbilə təəssüf ki, dünyada yanacağın qiymətləri çox yüksəkdir və biz başa düşürük ki, Gürcüstan qlobal tendensiyadan yayına bilməz, lakin ucuz mənbələrdən yanacağın tədarükünün maksimal şəkildə koordinasiya edilməsi, əhalini maksimal şəkildə sərfəli şərtlərlə yanacaqla təmin etmək üçün marjanın minimuma endirilməsi bizim məqsədimizdir” –deyə Davitaşvili bildirib.

Levan Davitaşvilinin sözlərinə görə, kiçik şəbəkələrin nümayəndələri ilə yanacaq bazarındakı mövcud vəziyyət və proqnozlar müzakirə edilib.

“Bizim üçün qiymətin aşağı salınması və bahalaşmış yanacağın ən sərfəli, ucuz və əlçatan şəraitdə əhaliyə tədarük edilməsi çox önəmlidir, kiçik şəbəkələrin nümayəndələri ilə bu barədə danışdıq. Həmçinin, onların qaldırdıqları problemləri müzakirə etdik, rəqabətqabiliyyətliliyi artırmaq üçün dövlətin nə edə biləcəyindən danışdıq, nisbətən daha ucuz ola biləcək alternativ tədarük mənbələri, eləcə də keyfiyyət və etibarlılıq haqqında danışdıq”- deyə iqtisadiyyat naziri bildirib.

Vitse baş nazirin sözlərinə görə, bu həftə daha böyük yanacaq şəbəkələrinin nümayəndələri ilə kommunikasiya davam edəcək.

“Həmçinin Rəqabət Agentliyinin apardığı monitorinqin materiallarını təhlil etməyi planlaşdırırıq və sonda ümid edirik ki, maksimal koordinasiya ilə bazarda şəffaf və rəqabətçil mühitə malik olacağıq” – deyə Levan Davitaşvili bildirib.