Levan Davitaşvili - bütün dövlət qurumları Şoviyə cəlb olunub, mən açıq və qəti şəkildə bildirmək istəyirəm ki, ölkənin resurslarla bağlı problemi yoxdur
Bilirsiniz ki, bütün dövlət qurumları Şoviyə cəlb olunub, mən açıq və qəti şəkildə bildirmək istəyirəm ki, bu gün ölkədə resurs problemi yoxdur -bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.
Davitaşvili Şovidə təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə bir daha başsağlığı verib.
“Bilirsiniz ki, bütün dövlət qurumları cəlb olunub, ölkənin imkanları tam səfərbər olunub. Bununla bağlı açıq və qəti şəkildə bildirmək istərdim ki, bu gün ölkənin resurslarla bağlı problemi yoxdur, lakin təbii fəlakətlərlə bağlı bir şeyi də vurğulamaq lazımdır ki, bir çox hallarda təəssüf ki, biz gücsüzük və yəqin ki, bəzi şeylərin qarşısını almaq mümkün deyil. Belə şeylər təkcə Gürcüstanda deyil, istənilən inkişaf etmiş ölkədə olur. Çox təəssüfləndirici haldır ki, bəzən insanlar, sistemlər, dövlət institutları və ya bütövlükdə ölkələr təbii fəlakətlərin qarşısının alınması zamanı aciz qalırlar”- Levan Davitaşvili açıqlayıb.