Levan Davitaşvili Birləşmiş Krallığın Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Birləşmiş Krallığın Gürcüstandakı yeni səfiri Varu Uord ilə görüşüb.
Görüş tanışlıq xarakteri daşıyırdı, görüdşə həmçinin, Nazirliyin ticarətin inkişafı və beynəlxalq iqtisadi əlaqələr şöbəsinin müdiri Givi Zedelaşvili də iştirak edib.
Baş nazirin birinci müavini səfiri Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Görüşdə “Wardrop Strateji Dialoqu” çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən ticarət-iqtisadi istiqamətdə müzakirə edilib. İnvestisiya, ikitərəfli ticarət və turizm sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Gürcüstan və Birləşmiş Krallıq arasında imzalanmış azad ticarət sazişi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Birləşmiş Krallıq Gürcüstanın ən böyük beynəlxalq investorlarından biridir və ölkə iqtisadiyyatının bir sıra mühüm sahələrini əhatə edir. Bildirilib ki, iki ölkənin işgüzar dairələrini daha da yaxınlaşdırmaq məqsədilə ticarət missiyaları və biznes forumların keçiriləcəyi, burada gürcü və britaniyalı iş adamları gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəkləri
Baş nazirin birinci müavini iri infrastruktur layihələri, o cümlədən Anaklia dərin su limanı, Qara dəniz sualtı kabeli, Tbilisinin yeni beynəlxalq hava limanı və digər layihələr barədə ətraflı danışıb. Qeyd olunan layihələrin ölkənin iqtisadi inkişafı, regional nəqliyyat-logistika və enerji sistemlərinə inteqrasiyası istiqamətində əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin turizm və mülki aviasiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi baxımından birbaşa hava hərəkətinin başlanmasının vacibliyi vurğulanıb. Bildirilib ki, Böyük Britaniyanın aparıcı aviaşirkətləri ilə davam edən danışıqlar yekun mərhələdədir, bundan sonra Britaniya aviaşirkətləri Gürcüstana müntəzəm uçuşlar həyata keçirə biləcəklər.
Görüşdə innovasiyalar və texnologiyalar sektorunda əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əməkdaşlıq da müzakirə edilib”, – İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.