Levan Davitaşvili Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Subir Lal, missiyanın rəhbəri Ceyms Con və missiyanın digər üzvləri ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən görüşdə Gürcüstan ilə BVF arasında əməkdaşlıq, eləcə də Gürcüstanın iqtisadi tendensiyaları, ikirəqəmli iqtisadi artım, cari və gələcək üçün planlaşdırılan islahatlar, regionda yaranmış vəziyyətin təsiri müzakirə edilib.
Eləcə də, bərpa olunan mənbələrdən enerjinin istehsalına və istifadəsinə dəstək sxemi çərçivəsində elan olunmuş hərrac və Gürcüstan hakimiyyətinin ölkənin enerji təhlükəsizliyi baxımından atdığı addımlara diqqət yetirilib. Regionda yaranmış çağırışlara baxmayaraq, Gürcüstanın son iki ildə sabit iqtisadi artım qeydə aldığı, eləcə də müxtəlif iqtisadi və fiskal parametrlərin yaxşılaşması faktı vurğulanıb. Həmçinin ölkənin qarşısında çağırışlar olduğu qeyd olunub. Görüşdə nazir müavinləri Romeo Mikautadze, İrakli Nadareişvili və Vaxtanq Tsintsadze; Həmçinin Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı daimi nümayəndəsi Səlim Çakır və digər şəxslər iştirak ediblər.