Levan Davitaşvili - baş nazirin təşəbbüsü ilə, ilk gündən humanitar tədbirlər keçirməyə başladıq, 150-dən çox Ukrayna vətəndaşına yardım etdik
Gürcüstanın baş nazirinin təşəbbüsü ilə, bu mərhələdə vətənə qayıda bilməyən Ukraynalı turistlər, mehmanxanalara tamamilə pulsuz yerləşdiriləcəklər.
Baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvilinin məlumatına görə, bu vaxta qədər Milli Turizm Administrasiyası özəl sektorla koordinasiyada Ukraynanın 150-dən çox vətəndaşına yardım edib.
“Baş nazirin təşəbbüsü ilə, ilk gündən humanitar tədbirlər keçirməyə başladıq. İlk gündən Milli Turizm Administrasiyası qaynar xətt işə saldı. Onun vasitəsilə də, bu mərhələdə vətənə qayıda bilməyən Ukraynalı turistlər, Gürcüstanın mehmanxanalara bütün ölkə miqyası ilə tamamilə pulsuz yerləşdiriləcəklər. Nazirliyimiz özəl sektorla sıx əməkdaşlıq etdi və onlar da Ukrayna vətəndaşlarına pulsuz yaşayış təklif edirlər. Problem səbəbindən geri qayıda bilməyən bütün vətəndaşların Gürcüstan mehmanxanalarına pulsuz yerləşmə imkanları var”, – İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvili bəyan etdi.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.