Levan Davitaşvili - Bakuriani gələcəkdə beynəlxalq turnirlərin daimi ev sahibi ola bilər
Levan Davitaşvili - Bakuriani gələcəkdə beynəlxalq turnirlərin daimi ev sahibi ola bilər

 

Beynəlxalq Xizək Federasiyasının yekun təftiş qrupu Gürcüstandadır və onlar 2023-cü ildə Bakurianidə keçirilməsi planlaşdırılan Dünya Çempionatının cari infrastruktur işlərinin gedişatını və başa çatmış işləri qiymətləndirməlidirlər. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.

Nazirlikdən verilən məlumatda bu gün qrupun rəhbəri Mişel Vioninin vitse baş nazir, iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşdüyü deyilir. Görüşdə görülən işlərin yüksək keyfiyyəti , həmçinin Bakuriani kurortunun Avropa səviyyəli dağ-xizək kurortu kimi gələcəyi qeyd edilib.

“Gürcüstan hökuməti tərəfindən Bakurianidə həyata keçirilən infrastruktur işləri nəticəsində Bakuriani gələcəkdə beynəlxalq turnirlərin daimi ev sahibi ola bilər. Ümid edirik ki, Beynəlxalq Xizək Federasiyasının təftişi uğurla başa çatacaq. Həyata keçirilən işlər nəticəsində Bakurianidə tamamilə yeni süni qar yağdırma sistemləri, yeni kanat yolları və yeni yollar şəklində təkmilləşdirilmiş infrastruktur, eləcə də süni qar yağdırma sisteminin düzgün işləməsi üçün zəruri olan süni sisternlər əldə etdik – bu işlər faktiki olaraq başa çatdırılıb və hazırda sisternin su ilə doldurulması prosesi davam edir. Sonda, Bakuriani təkcə Cənubi Qafqazda deyil, beynəlxalq miqyasda ən rəqabətqabiliyyətli kurortlardan biri olacaq”- deyə vitse baş nazir görüşdən sonra açıqlayıb.

Nazirliyin məlumatında nazir müavini Mariam Kvrivişvili, “Dağ Yolları Agentliyi”nin direktoru İrakli Burchuladze və Gürcüstan Xizək Federasiyasının prezidenti Zurab Kostavanın da görüşdə iştirak etdikləri deyilir.

“2023-cü ildə Bakuriani kurortu sərbəst xizək və snoubord üzrə dünya çempionatına ev sahibliyi edir. Didveli və Mitarbi ərazisində ən qısa müddətdə qar yağdırma sisteminin tam işləməsi üçün zəruri və ümumi həcmi 307 000 m3 olan iki süni su anbarı (göl) tikilmişdir. Həmçinin, 29 kilometr uzunluğunda süni qar yağdırma sisteminin quraşdırılması aktiv şəkildə davam etdirilir. Dünya Çempionatı layihəsi çərçivəsində altı yeni yarış yolu tikilib. Görüşdə qeyd olunub ki, həyata keçirilən layihələr kurorta qalacaq və on illər ərzində Bakurianiyə gələnlərin sayının artmasına xidmət edəcək ki, bu da kurort haqqında beynəlxalq miqyasda məlumatlılığın artırılmasına öz töhfəsini verəcək” – deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.