Levan Davitaşvili - Bakı-Tbilisi-Qars dəmir yolu magistralı ilə gürcü şərabının Çinə ixracı tamamilə realdır
Levan Davitaşvili - Bakı-Tbilisi-Qars dəmir yolu magistralı ilə gürcü şərabının Çinə ixracı tamamilə realdır

Bakı-Tbilisi-Qars dəmir yolu magistralı ilə gürcü şərabının Çinə aparılması tamamilə realdır, – bu barədə bəyanatı Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili verdi.

Davitaşvilini dediyinə görə, bu mərhələdə gürcü şərabının Çinə ixracı dəniz nəqliyyatı ilə həyata keçirilir, ancaq gələcək perspektivdə, şərabın Çinə ixracı Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə də həyata keçirilə bilər.

“Hazırda gürcü şərabı Çinin Urumçi şəhərində tədim edilib. Coğrafi olaraq, dəmir yolu xətti ilə gürcü şərabının məhz o bölqəyə ixracı mümkündür. Ancaq dəmir yolu axını düzənə salınana qədər müəyyən vaxt lazımdır.

Çinin qərb və şimal bölqələrinə gürcü şərabının ixracı artır və əminəm ki, yaxın gələcəkdə, bunu ən yaxşı nəqliyyat vasitəsi ilə həyata keçirə biləcəyik” – dedi Levan Davitaşvili.