Levan Davitaşvili Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə görüşündə energetika sahəsində ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etdi
Baş nazir müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili Gürcüstanda işgüzar səfərdə olan Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə görüşdü.
Görüşdə həmçinin, İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Romeo Mikutadze iştirak edirdi.
İqtisadiyyat Nazirliyinin məıumatına görə, görüşdə energetika sahəsində ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müzakirə edildi. Gürcüstan və Azərbaycan arasında enerjinin müxtəlif sektorlarında, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində strateji partxyorluq xüsusilə qeyd olundu. Qeyd edildi ki, ölkələr arasındakı münasibətlər qonşu dövlətlər arasında əməkdaşlığın necə olmasnın bariz nümunədir.
“Nazirlər həmçinin bölgədə yaranmış çətin vəziyyəti müzakirə etdilər ki, bu da enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin vacibliyini daha aydın göstərir. Bu baxəmından, Gürcüstan tərəfi Azərbaycanlı qonaqlara Gürcüstanın enerji sektorunda cari və planlaşdırılan islahatlar və strateji layihələr barədə məlumat ötürdü. Daha dəqiq olaraq, Gürcüstan hökuməti enerji sektoru üçün yeni dəstək sxemi işləyib hazırlayıb ki, bu da yerli istehsal müəssisələrinin tikintisini təşviq etməyə imkanlar yaratmalıdır. Gürcüstanda həyata keçirilən enerji bazarı islahatına da diqqət yetirildi ki, bu da ölkəmizə enerji bazarının rəqabət qabiliyyətini artırmağa, bu sahəyə yerli və xarici kapitalın cəlb olunmasına imkanlar yaradaq.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında enerji nəqli infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə toxunuldu. O cümlədən, necə iki ölkəni birləşdirən elektrik ötürücü şəbəkələrinin gücləndirilməsinə, eləcə də Gürcüstan və Cənubi Qafqazın və Avropa İttifaqının enerji sistemlərini birləşdirən infrastrukturun, Qara Dənizin dibindən keçən elektrik ötürücü kabelinin tikintisinə diqqət yetirildi, hansınla da digər ölkələrdən başqa, o cümlədən Azərbaycan da isitifadə biləcək.
Sonunda, nazirlər ölkələr arasında strateji əməkdaşlığı bir daha vurğuladılar və enerji sektorunda əlaqələrin yeni mərhələyə çıxarılması üçün səy göstərəcəklərini qeyd etdilər”, – məlumatda qeyd olunur.