Levan Davitaşvili - Avropa ilə inteqrasiya bizim üçün strateji tapşırıq olaraq qalır, Gürcüstan tamhüquqlu üzv olmaq üçün səylərini əsirgəməyəcək
İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, Avropa Şurasının Gürcüstana namizəd statusu verilməsi ilə bağlı qərarı müəyyən məyusluq və ümidsizlik yaradıb, lakin hazırda bu vacib deyil.
Onun sözlərinə görə, hazırda əsas odur ki, Gürcüstan Aİ sənədində yazılan müddəaları yerinə yetirsin.
Davitaşvilinin də qeyd etdiyi kimi, hökumət buna hazırdır.
“Mən olduqca səmimi və açıqsözlü olacağam, təbii ki, Gürcüstanda müəyyən məyusluq və ümidsizlik, eyni zamanda ədalətsizlik hissi var, lakin bu vacib deyil. Hazırda mühüm olan Avropa Komissiyasının Şuraya təqdim etdiyi və sonrasında Gürcüstan tərəfindən qəbul edilən şərtləri ən qısa zamanda yerinə yetirmək üçün ilk növbədə bizim, hökumətin və bütün xalqın məsuliyyəti birlik olmağımız, tam səfərbər olmağımızdır. Gürcüstanın siyasi islahatları tez bir zamanda həyata keçirə bilməsi üçün Gürcüstan hökuməti, hakim partiya tərəfindən tam hazırlıq, səfərbərlik müşahidə olunur. Avropa ilə gələcək inteqrasiya bizim üçün ən qısa strateji -prioritet tapşırıq olaraq qalır. Əlbəttə, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün səylərini əsirgəməyəcək” -deyə Levan Davitaşvili bildirib.