Levan Davitaşvili avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini yad edib
Vitse baş nazir Levan Davitaşvili avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini yad edib.
Davitaşvili Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və hökumət nümayəndələri ilə Muxatqverdi qardaşları qəbiristanlığında olub.
“Avqust müharibəsindən 15 il keçir, hərçənd fədakar qəhrəmanların Gürcüstan üçün xidmətləri o qədər ölçüyəgəlməzdir ki, bu, hər il bizi vətənimizin o faciəli günlərinin duyğularına qaytarır və Gürcüstanın mütləq öz ən böyük məqsədinə çatacağına inamımızı daha da gücləndirir. Biz birləşəcəyik, müvəqqəti itirilmiş əraziləri geri qaytaracağıq və bu, yəqin ki, qəhrəmanlara, onların fədakarlığına ən yüksək ehtiram göstərəcəyimiz ən şərəfli tac olacaq” – deyə Levan Davitaşvili açıqlayıb.