Levan Davitaşvili - Anaklia limanı ilə əlaqədar özəl tərəfdaşın seçilməsi və tikinti işlərinin paralel olaraq başladılması ilə bağlı plan üzrə proses gedir
Levan Davitaşvili - Anaklia limanı ilə əlaqədar özəl tərəfdaşın seçilməsi və tikinti işlərinin paralel olaraq başladılması ilə bağlı plan üzrə proses gedir

 
Anaklia limanı ilə əlaqədar liman layihəsinin daha tez və səmərəli həyata keçirilməsi üçün özəl tərəfdaşın seçilməsi, eləcə də tikinti işlərinin paralel olaraq başladılması ilə bağlı plan üzrə proses gedir – bu haqda Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili açıqlayıb.

Levan Davitaşvilinin qeyd etdiyi kimi, hazırda işlərə tezliklə başlayacaq tikinti işində tərəfdaşın seçilməsi prosesi gedir.

“Keçən il biz bu planı geniş şəkildə ictimaiyyətə təqdim etdik. Deməli, burada heç bir sürpriz, gözlənilməz heç nə baş vermədi. Qanunda nəzərdə tutulmuş prosedurlara və layihənin icrasının ilkin mərhələsində müəyyən etdiyimiz plana əməl edəcəyik. Eyni zamanda, özəl tərəfdaşın seçilməsi ilə bağlı təkliflərin dəqiqləşdirilməsi mərhələsi davam edir ki, bu da son mərhələdədir. Bir çox texniki detallar dəqiqləşdirildiyi üçün hər iki iddiaçı ilə intensiv dialoq aparırıq. Seçim prosesi plan üzrə gedir” – Levan Davitaşvili qeyd edib.