Levan Davitaşvili - 2024-cü ildə Telavi hava limanında ilk sərnişinləri qəbul edəcəyik
Levan Davitaşvili - 2024-cü ildə Telavi hava limanında ilk sərnişinləri qəbul edəcəyik

 
Terminal infrastrukturunun qurulacağı, uçuş-enmə zolağının uzadılacağı, Kutaisi, Ambrolauri, Batumi və Mestia hava limanları ilə birbaşa əlaqəmizin olacağı Telavi hava limanının reabilitasiyasına başlayırıq – bu barədə vitse-spiker, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra brifinqdə danışıb.

Nazir daxili aviasiyanın inkişafı üçün daxili reyslərin təşviqi və yerli hava limanlarının qurulmasının olduqca mühüm olduğunu bildirib.

“Telavi hava limanında yeni terminal infrastrukturu təşkil olunacaq. Mövcud uçuş-enmə zolağı da tam şəkildə yenilənərək 1,7 km-ə qədər uzadılacaq, müasir naviqasiya sistemləri quraşdırılacaq və yeni naviqasiya qülləsi tikiləcək. Müvafiq olaraq, dövlətin kifayət qədər müasir aviasiya infrastrukturuna malik olduğu Kutaisi, Ambrolauri hava limanı və Mestia ilə, eləcə də Batumi Beynəlxalq Hava Limanı ilə birbaşa əlaqəmiz olacaq. Birlikdə bu, turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir, çünki inkişaf etmiş infrastruktur turistə bir gündə dəniz və qastro-enoloji kurortları, eləcə də dağlardakı çox maraqlı yerləri , Mestiayı ziyarət etməyə imkan verəcək. Bu birlikdə həm turizmin, həm də daxili aviasiyanın inkişafına töhfə verəcək. Biz 2024-cü ildə Telavi hava limanında ilk sərnişinləri qəbul etmək istəyirik” – deyə Levan Davitaşvili açıqlayıb.