Xorva küçəsində qətlə yetirilən yeniyetmələrdən birinin atası, David Dadunaşvili Vake Parkında keçirilən aksiyaya getdi.
Levan Dadunaşvilinin qeyd etdiyinə görə, baş nazir ilə görüşdən sonra aksiyaya getməyə bilməzdi. Onun dediyinə görə, hökumət işin istintaqında diqqətsizliyə yol verilməsini inkar etmir.
Bununla yanaşı Dadunaşvili narazılığını bildirdi ki, dünən xalq müdafiəçisi, Nino Lomcariyanı aksiyada təhqir etdilər.
“Hər birinizə minnətdarlığımı bildiriəm. Baş nazir ilə görüşdüm və buraya gəlməyə bilməzdim. Maçalikaşvili və Zaza da həqiqiəti axtarırlar. Onlar həqiqəti mütləq bilməlidirlər. Hökumət inkar etmir ki, diqqətsizliyə yol verilib. Hesab edirəm ki, bunu düzəldəcəklər.
Bir şeyi də demək istyirəm ki, Nino Lomcariya ilə bu cür davranmamalı idiniz. O, bu işdə çox şey etdi”, – Levan Dadunaşvilinin atası bəyan etdi.