Levan Bejaşvili - partiyadan çıxdıqdan sonra partiyanı tənqid etməyə başlamaq tendensiyasına bəraət qazandırmaq mümkünsüzdür, “Milli Hərəkat”da heç bir kölgəli idarəçilik mövcud deyil
Levan Bejaşvili - partiyadan çıxdıqdan sonra partiyanı tənqid etməyə başlamaq tendensiyasına bəraət qazandırmaq mümkünsüzdür, “Milli Hərəkat”da heç bir kölgəli idarəçilik mövcud deyil

 
Partiyadan çıxdıqdan sonra partiyanı tənqid etməyə başlamaq tendensiyasına bəraət qazandırmaq mümkünsüzdür və qəbuledilməzdir -bu barədə “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

“Milli Hərəkat”ın əsas problemi, səhvlərin əsas səbəbi hər zaman partiyada heç vaxt qərarların qəbul edilməməsi olub”-deyə müxalif deputat Roman Qotsiridzenin “Facebook”dakı postuna Bejaşvili münasibət bildirib.

Levan Bejaşvili indi belə bəyanatların vaxtı olmadığını bildirib.

“Partiyada heç bir kölgəli idarəçilik mövcud deyil, üstəlik növbədənkənar iclas məsələsi anlaşılmazlıq olub. Bu səbəbdən bu cür bəyanatların vaxtı deyil və biz parlament mandatının bizə tapşırdığı işlə məşğul olmalıyıq”-deyə Bejaşvili bildirib.