Levan Bejaşvili - Parlament seçkilərinin saxtalaşdırlmasından yüz gün sonra "Gürcü Arzusu" tərəfindən istintaq barəsində söhbət sinizmdir
Parlament seçkilərinin saxtalaşdırlmasından yüz gün sonra “Gürcü Arzusu” tərəfindən istintaq barəsində söhbət, biraz da olmasın sinizmdir, – bu barədə “Milli Hərəkatın” üzvü, levan Bejaşvili bəyan etdi.
Elə onun dediyinə görə, istintaq komissiyasına qoşulmağı planlaşdırmırlar.
“İsti izlə müxalifət QHT-lər ilə birlikdə satalaşdırma faktlarının təqdim edilməsi ilə müvafi istintaqın aparılmasını, şikayətlərin təmin edilməsini, seçki məntəqələrinin ləğv olunması və yenidən hesablanmasını tələb edəndə, təmin etmədilər. Bu gün, MSK hər şeyi etdikdən sonra, isit izləri və saxtalaşdırma faktarını sildikdə, təbiidir ki, mənası yoxdur. Mövcud olan siyasi böhranın həll olunması yolu yalnız və yalnız vaxtından əvvəl parlament seçkilərinin təyin edilməsi və Jvaniyanın MSK-dan uzaqlaşdırılması olacaq. Artlq qeyd etdiyimdən irəli gələrək, istintaq komissiyasına qoşulmağı planlaşdırmırıq”, – Levan Bejaşvili bəyan etdi.
31 oktyabr Parlament seçkiləri ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması sərəncamı layihəsi büro iclasına bu gün təqdim olunacaq. Layihəni “Gürcü Arzusu” hazırlardı və müxalif partiyalara seçkilərin nəticələrini öyrənməyi təklif edir və söz verir ki, komissiya tərəfindən bir faizlik aşmanın müəyyən edilməsi təqdirində, yeni Parlament seçkilərini təyin edəcək.