Levan Bejaşvili - müxalifət partiyaları növbədənkənar sessiyanın çağırılması üzərində işləyirlər, bir neçə günə parlamentə və prezidentə təqdim edəcəyimiz gündəm hazır olacaq
“Milli Hərəkat”, eləcə də “Lelo” və “Quruculuq Strategiyası”
parlament sədrinin dəvət etdiyi formatda iştirak etmirik, çünki Avropa İttifaqının 12 bəndlik planının əsas məsələsi təkcə depolarizasiya deyil. 12 bəndin icrasını kompleks şəkildə nəzərdən keçirməliyik-bu barədə “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili bildirib.
O, artıq bir çox məsələnin hazır olduğunu və layihələrin qəbulunun komissiyalar deyil, vahid siyasi iradə tələb etdiyini bildirib.
Levan Bejaşvili Avropa İttifaqının tövsiyyələri ilə əlaqədar parlamentin növbədənkənar sessiyasının çağırılmalı olduğunu bildirib.
” Qanunvericilik layihələri səviyyəsində artıq bir çox məsələ hazırlanıb ki, onların qəbulu komissiyalar deyil, vahid siyasi iradə tələb edir. Müxalifət partiyalarının işlədiyi məsələ ilə əlaqədar parlamentin növbədənkənar iclası çağırılmalıdır. Bir neçə günə parlamentə və prezidentə təqdim edəcəyimiz gündəm hazır olacaq. “Gürcü Arzusu” depolarizasiyanı yanlış şərh edir. Onların fikrincə, depolarizasiya müxalifətin hakimiyyətə yönəlik kritik ritorikasını dayandırması deməkdir. Bu qəbuledilməz olacaq. Seçki baryerinin azaldılmasını nəzərdə tutan konstitusiya dəyişiklikləri qəbul edilməlidir. Digər partiyaların da gürcü siyasətinə daxil olmaq imkanı olmalıdır. Bu səbəbdən növbədənkənar sessiyanın keçirilməsini tələb edirik” – deyə Levan Bejaşvili bildirib.
Bununla yanaşı, jurnalistlər Levan Bejaşvilidən parlamentdə, Şalva Papuaşvilinin kabinetində müxalifət nümayəndələri ilə parlament sədrinin görüşünün keçirildiyi dəhlizə doğru niyə istiqamət aldığına münasibət bildirməsini xahiş ediblər. Bejaşvili görüşdə iştirak etmədiyini bildirib.
“Müxalifətlə görüşdə iştirak etməmişəm və Papuaşvilinin iş məkanına bu məqsədlə daxil olmamışam” – deyə Levan Bejaşvili bildirib.