Levan Bejaşvili – cəmiyyət seçim etməlidir, ya biz mütərəqqi dünyanın tərəfindəyik, ya da "Gürcü Arzusu" ilə birlikdə Rusiya Federasiyasına istiqamət seçmişik
Gürcü cəmiyyəti seçim etməlidir, ya biz mütərəqqi dünyanın tərəfindəyik, ya da “Gürcü Arzusu” ilə birlikdə Rusiya Federasiyasına istiqamət seçmişik – deyə “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili bildirib.
Onun sözlərinə görə, hökumət Gürcüstanın milli maraqlarına qarşı anti-Qərb kampaniyası aparır.
“Bidzina İvanişvilinin oliqarx olması ilə bağlı Avropa Parlamenti artıq müvafiq qətnamədə bununla əlaqədar müraciət edib. Müvafiq olaraq, bu gün beynəlxalq aləmdə, o cümlədən gürcü ictimaiyyətində bu ölkənin əsas qeyri-rəsmi idarəçisinin rus oliqarx Bidzina İvanişvilinin olmasına heç bir şübhə və sual işarəsi yoxdur. Bundan irəli gələrək, Avropa perspektivi istəyiriksə, nəzərə almalıyıq ki, Gürcüstanın İvanişvili ilə Avropa perspektivi yoxdur. Müvafiq olaraq, oliqarxların fəaliyyətini hüquqi çərçivəyə salan və bu ölkədə oliqarxik idarəçiliyin gələcək perspektivlərinə imkan verməyən qanunvericilik aktları qəbul edilməlidir. Fikrimcə, Kelli Deqnanın bəyanatı “Gürcü Arzusu” hakimiyyətinin Gürcüstanın milli maraqlarına qarşı anti-Qərb kampaniyası apardığını , Amerika və Avropa Birləşmiş Ştatlarını Ukraynada müharibəyə başlamaqda və Gürcüstanı müharibəyə sürükləməkdə ittiham etdiyini bir daha vurğulayır. Buna uyğun olaraq gürcü cəmiyyəti seçim etməlidir, ya biz mütərəqqi dünyanın tərəfindəyik, ya da “Gürcü Arzusu” ilə birlikdə Rusiya Federasiyasına istiqamət seçmişik. Fikrimcə, ən yaxın dövr Gürcüstan siyasəti, o cümlədən xarici oriyentasiya üçün həlledici dövr olacaq və biz ictimaiyyətlə birlikdə ölkə üçün vacib seçim etməliyik”- deyə Bejaşvili bildirib.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstana gəldikdən sonra siyasi liderlərə dərin qütbləşməni aradan qaldırmağa kömək etməyə çalışdığını bildirib və qeyd edib ki, “bütün siyasi partiyaların yaratdıqlarına görə Qərbli tərəfdaşları günahlandırmaq məyusedicidir”.