Levan Bejaşvili - Gürcüstanın beynəlxalq arenada konkret siyasi gündəmi yoxdur, buna görə də kimin təyin olunmasının, adın və soyadın əhəmiyyəti yoxdur
Davit Zalkalianinin Gürcüstanın ABŞ-dakı səfiri təyin edilməsi ümumiyyətlə heç nə demək deyil, çünki hökumətin kəskin şəkildə ifadə olunmuş xarici siyasi kursu yoxdur – bu barədə “Milli Hərəkat” partiyasının üzvü Levan Bejaşvili bildirib.
Bejaşvilinin də qeyd etdiyi üzrə, Zalkalianinin ABŞ-a xüsusi missiya ilə göndərilməsi inanılmazdır, çünki onun sözlərinə görə, bu, adi kadr qərarıdır və bu çərçivədə də İrakli Ğaribaşvili vəzifələrə öz ətrafındakıları təyin etməyə çalışır.
“Yeni nazirin kifayət qədər təcrübəsi yoxdur və onun nə zamansa hansısa ölkənin diplomatik missiyasında işləməsi onun xarici siyasət kursu haqqında kəskin təsəvvürə malik olduğuna və ölkənin qarşısında duran vəzifələri yerinə yetirə biləcəyinə sübut deyil. Əslində “Gürcü Arzusu”-nun siyasəti Gürcüstanın xarici arenada aktivlik nümayiş etdirməməsindən ibarətdir . Gürcüstanın beynəlxalq arenada konkret siyasi gündəmi yoxdur, buna görə də kimin təyin olunmasının, adın və soyadın əhəmiyyəti yoxdur” – deyə Levan Bejaşvili bildirib.
Davit Zalkaliani Gürcüstanın xarici işlər naziri vəzifəsindən istefa verib. Zalkaliani Gürcüstanın ABŞ-dakı səfiri kimi fəaliyyətini davam etdirəcək. İlia Darçiaşvili xarici işlər naziri təyin edilib.