Levan Bejaşvili - "Gürcü Arzusu"nun de-oliqarxizasiya haqqında həm özünün, həm də alternativ qanun layihəsini Venesiya Komissiyasına göndərməsi vacibdir
“Gürcü Arzusu”nun de-oliqarxizasiya haqqında həm özünün, həm də alternativ qanun layihəsini Venesiya Komissiyasına göndərməsi vacibdir-bu barədə “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili açıqlayıb.
Levan Bejaşvilinin qeyd etdiyi üzrə, Venesiya Komissiyasının gürcü kontekstini nəzərə alaraq de-oliqarxizasiya haqqında qanun layihəsini qiymətləndirməsi vacibdir.
“De-oliqarxizasiya haqqında qanun layihəsinin Ukrayna modelindən kopyalanmasına baxmayaraq, o, Ukraynanın ehtiyaclarına uyğunlaşdırılıb və adekvatdır, hərçənd bu, gürcü reallığına uyğun ola bilməz. Bu səbəbdən “Gürcü Arzusu”nun de-oliqarxizasiya haqqında həm özünün, həm də alternativ qanun layihəsini Venesiya Komissiyasına göndərməsi vacibdir. Venesiya Komissiyası hər iki qanun layihəsi üzrə qiymətləndirmə apara bilməlidir. Əgər “Gürcü Arzusu” 12 tövsiyəni real şəkildə həyata keçirmək istəyirsə, qanun layihəsini Venesiya Komissiyasına göndərməlidir. Bizim hazırladığımız qanun layihəsi konkret soyad və adlar nəzərdə tutmayıb. Biz elə etməliyik ki, gələcəkdə dövlət idarəçiliyi sistemində oliqarxizm əlamətləri olmasın. Hamımız başa düşməliyik ki, oliqarx, istər başqasının olsun, istərsə də özününkü olsun, dövlət üçün ciddi təhlükədir. Biz bu təhlükələri aradan qaldırmalıyıq” -deyə Bejaşvili bildirib.