Levan Bejaşvili - elə bir geosiyasi vəziyyət yaranıb ki, Qərbli tərəfdaşlar Gürcüstanın təhlükəsizliyindən daha çox danışırlar, bu fonda isə Gürcüstan hökuməti susur
Elə bir geosiyasi vəziyyət yaranıb ki, Qərbli tərəfdaşlar Gürcüstanın təhlükəsizliyindən daha çox danışırlar və Rusiyanı Luqansk, Donetsk və Gürcüstandan qoşunlarını çıxarmağa çağırırlar , bu fonda isə Gürcüstan hökuməti susur-bu barədə müxalifətçi deputat Levan Bejaşvili Polşa və Gürcüstan prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Polşa prezidentinin Gürcüstana gəlişi məhz bu kontekstdə nəzərdən keçirilməlidir.
“Gürcüstan hökumətinin mövqeyi anlaşılmazdır. Onlar Gürcüstanın maraqlarını dilə gətirmirlər. Bütün bunlar dünyanın Ukraynanın yanında olması və Ukrayna ilə birlikdə Gürcüstanın təhlükəsizliyini düşünməsi fonunda baş verir. Biz bu fonda Gürcüstan hökumətinin tamamilə passiv olduğuna şahid oluruq” -deyə Bejaşvili bildirib.