Levan Bejaşvili -  siyasi qrupları impiçment mövzusunu bağlamağa, “Gürcü Arzusu”na və Prezident İnstitutuna siyasi dividendlər toplamaq imkanı verməməyə çağırırıq
Levan Bejaşvili - siyasi qrupları impiçment mövzusunu bağlamağa, “Gürcü Arzusu”na və Prezident İnstitutuna siyasi dividendlər toplamaq imkanı verməməyə çağırırıq

“Milli Hərəkat”ın üzvü Levan Bejaşvili bildirib ki, prezidentin impiçment proseduru heç vaxt həyata keçirilməyəcək uydurmadır.

Onun sözlərinə görə, “Gürcü Arzusu” öz siyasi gündəmini yaratmaq və ictimaiyyətin diqqətini əsas məsələlərdən bu cür məsələlərə yönəltmək üçün adıçəkilən mövzunu gündəmə gətirib.

““Milli Hərəkat”ın bu prosesdə iştirak etməyəcəyi təbiidir. Biz digər müxalifət partiyalarını və siyasi qrupları bu məsələni tamamilə bağlamağa, “Gürcü Arzusu”na və Prezident İnstitutuna bu məsələdə siyasi dividendlər toplamaq imkanı verməməyə çağırırıq. Biz bütün tərəfləri çıxıb “Gürcü Arzusunu” bu oyunlarda tək qoymağa çağırırıq.

Hər cür spekulyasiyaları istisna etmək üçün biz də çıxıb bütün siyasi qrupları “Gürcü Arzusu”nu öz “qorxaq” siyasi gündəmləri ilə baş-başa qoymağa çağırırıq” – Bejaşvili bildirib.