Levan Akin - Qürürluyam ki, heç bir kinoteatr geri çəkilmədi və premyeraları ləğv etmədi
Çox böyük qürur hiss edirəm ki, heç bir kinoteatr geri çəkilmədi və filmimin premyerasını ləğv etmədi və hətta ona həmrəylik göstərdi – bu sözləri “Və biz rəqs etdik” filminin rejissoru Levan Akin öz İnstaqram səhifəsində yazır.
“Fəxr edirəm ki, filmin bütün izləyicisi öz mövqeyini qorudu və təhdidlərdən qorxmadı. Gürcü auditoriyası bu filmi gördü, ancaq bu mübarizənin sonu hələ uzaqdadır” – yazıb rejissor.
Dünən Gürcüstanda gürcü mənşəli İsveç rejissoru Levan Akinin “Və biz rəqs etdik” filminin premyeraları keçirildi.
Filmin Gürcüstanda göstərilməsini radikal qruplar etiraz edirdilər və kinoteatrların ətrafında kordon yaradan polis qüvvələrinə müqavimət göstərirdilər.
Etiraz aksiyaları zamanı bir neçə insindent baş verdi və nəticədə, xuliqanlığa və aqressiyaya görə, 27 nəfər həbs edildi.