Lermontov və Boris Kuptin küçələrinin bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Lermontov və Boris Kuptin küçələrinin bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Tbilisi Meriyasından verilmiş məlumata əsasən, su təchizatı şəbəkəsində planlaşdırılan işlər səbəbilə mayın 11-i səhər saat 08:00-dan mayın 13-ü səhər saat 08:00-dək Boris Kuptin küçəsi N7-dən Lermontov küçəsi N3 istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Məhdudiyyət müddətində avtomobillər Boris Kuptin küçəsindən Lermontov küçəsi istiqamətində hərəkət edə bilməyəcəklər.

Nəqliyyatın hərəkətinə Kuptin küçəsindən Qia Abesadze küçəsi istiqamətində, Abesadze küçəsindən isə Kote Apxazi küçəsi və Azadlıq Meydanı istiqamətində icazə veriləcək”-deyə meriyanın məlumatında qeyd olunub.