Leri Barnabişvili - Quriyada fəlakət zonasında itki və zərəri mümkün qədər azaltmaq üçün hər şey edilib, səhər saatlarındanca xilasetmə xidməti cəlb edilmişdi
Leri Barnabişvili - Quriyada fəlakət zonasında itki və zərəri mümkün qədər azaltmaq üçün hər şey edilib, səhər saatlarındanca xilasetmə xidməti cəlb edilmişdi

 
Quriyada təbii fəlakətin başlamasının ilk saatlarındanca Xilasetmə Xidməti, Baş Nazirin Administrasiyası yerli əhali ilə birlikdə xilasetmə işlərinə qoşulmuşdu-bu barədə Gürcüstan hökumətinin Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili danışıb.

O, təbii fəlakət nəticəsində itki və ziyanın minimuma endirilməsi üçün hər şeyin edildiyini bildirib.

Bundan əlavə, Leri Barnabişvili təbii fəlakət zamanı həlak olanların ailə üzvlərinə başsağlığı verib.

“Lançxuti və Ozurqeti munisipalitetləri zərər çəkib. Təəssüf ki, ölənlər var. Onların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. İki nəfər ölüb, onlardan biri yeniyetmədir, bir uşağın axtarışı davam edir. Xilasetmə xidməti, yol idarəsi cəlb olunub. Fakt sürüşmə nəticəsində baş verdiyi üçün ağır texnika ilə birlikdə canlı xilasetmə qüvvələri işləyir. İnfrastruktura ciddi ziyan dəyib. Körpülər dağılıb, əhalinin ətraf aləmlə əlaqəsi kəsilmişdi, lakin hər kəslə əlaqə qurulub. Qeyd etmək yerinə düşərdi ki, təbii fəlakətin baş verdiyi ilk saatlardanca həm yerli hökumət, həm də xilasetmə xidməti, baş nazirin administrasiyası prosesə qoşulmuşdu. Mən şəxsən xilasetmə xidməti və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlamışam. İtkilər və zərəri mümkün qədər azaltmaq üçün hər şey edilib” – Leri Barnabişvili bildirib.