"Leo-Qrand" mehmanxanasında baş verən yanğınla bağlı DİN iki nəfəri həbs etdi
Daxili İşlər Nazirliyi dörd aylıq istintaq nəticəsində, Batuminin “Leo-Qrand” mehmanxanasında baş verən yanğınla bağlı iki nəfəri həbs etdi.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Təşkil edilmiş cinayətlərlə mübarizə idarəsinin rəhbəri Mamuka Çelidze bugün keçirdiyi brifinqdə verdi.
“Həbs edilən şəxslərin etdikləri cinayət 5-dən 8 ilə qədər həbs cəzasını nəzərdə tutur” – dedi Mamuka Çelidze.
“İstintaq nəticəsində məlum oldu ki, “Leo-Qrand” mehmanxanası təhlükəsizlik qaydalarının pozulması ilə fəaliyyət göstərirdi, çünki binada yanğın siqnalı və yanğının baş verdiyi halda, insanların təcili evakuasiyası üçün ayrılan bir yeri yox idi. Binanın 4-cü mərtəbəsində isə, asan yana bilən əşyalar saxlanırdı və siqaret çəkmək üçün yer var idi.
İstintaq nəticəsində məlum oldu ki, təhlükəsizliyin qorunmasının elementar şərtlərini təmin etmək üçün məsuliyyət daşıyan şəxslər, binanın təhlükəsizlik normalarını təmin etmədilər və yanğının baş verdiyi halda, məhz binanın təhlükəsizlik normalarının təmin edilmədiyi üçün, mehmanxanada 11 nəfər düstü intoksikasiyasından öldü” – dedi DİN-ın nümayəndəsi.
“Daxili İşlər Nazirliyi bütün özəl və dövlət müəssisələrinə müraciət edir ki, mütləq təhlükəsizlik normalarının təminatına diqqət yetirsinlər ki, insanların həyatları və sağlamlıqları təhlükə altında olmasın” – dedi Mamuka Çelidze.