“Lelo Gürcüstan naminə” partiyasının liderləri Mamuka Xazaradze, Badri Caparidze və Qriqol Qeqeliya Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianovla görüşüblər.
Partiyadan verilən məlumatda görüşün əsas mövzusunun Ukraynanın müharibədən sonrakı bərpası və humanitar yardım olduğu deyilir.
Verilən məlumatda bildirilir ki, Gürcüstan və Ukrayna arasında gələcək münasibətlərin dərinləşməsinə, siyasi əlaqələrin möhkəmləndirilməsinə də toxunulub.
“Ukraynalı dostlarımızla iki əsas mövzunu müzakirə etdik. Biri Ukraynaya humanitar yardımdır, biz nə edə bilərik ki, Ukraynadakı bacı və qardaşlarımıza bu çox kritik anda kömək edək. Bu istiqamətdə maraqlı ideyalar var və biz bundan sonra da əlimizdən gələni etmək üçün çalışacağıq. İkinci, çox vacib mövzu, Prezident Zelenskinin müharibədən sonrakı rekonstruksiya işləri və Ukrayna üçün planları ilə bağlı təşəbbüsüdür, bu həqiqətən də böyük və misilsizdir. Düşünürük ki, Ukraynanın bərpasında Gürcüstanın biznes sektorunun iştirakı çox vacib olacaq. Gürcü biznesinin Ukraynanın müharibədən sonrakı bərpası prosesinə həqiqətən böyük töhfə verə biləcəyi çox intensiv və vacib istiqamətlər var. Bu görüş çox maraqlı keçdi və dialoqumuz artıq konkret addımlar səviyyəsində də davam edəcək”- deyə Badri Caparidze açıqlayıb.