"Lelo" - Ukraynada münaqişə başlayan gündən Rusiya Federasiyası ilə viza rejiminin sərtləşdirilməsini tələb edirik
"Lelo" - Ukraynada münaqişə başlayan gündən Rusiya Federasiyası ilə viza rejiminin sərtləşdirilməsini tələb edirik

 
Ukraynada münaqişə başlayan gündən Rusiya Federasiyası ilə viza rejiminin sərtləşdirilməsini tələb edirik-bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin qeyd olunur ki, “Hazırda Rusiya Federasiyasından gələnlərin sayı dramatik şəkildə artdıqdan sonra bu məsələ xüsusilə aktuallıq qazanıb”.

“İşğalçı ölkədən gələn ziyarətçi axını bütün növ nəzarətdən kənardadır. Müvafiq strukturlar işğalçı ölkədən ərazimizə daxil olan vətəndaşlara nəzarət etmir və edə bilmir, ölkə Rusiyanın Ukraynaya müdaxiləsi və davam edən hərbi əməliyyatlar fonunda kritik dərəcədə artan çağırışlara və mövcud təhlükələrə qarşı müdafiəsizdir.

ABŞ Konqresinin Rusiyadan Gürcüstanda terrorizmin sponsoru kimi birbaşa bəhs etməsi də həmçinin vacibdir.

Mövcud təhlükələri nəzərə alaraq, Gürcüstan ərazisinə daxil olan insanların axınına nəzarət etmək üçün müvəqqəti tədbirlər görülməlidir. Rusiya Federasiyası və Belarusiya vətəndaşları (Ukrayna ilə müharibədə olan ölkələrin vətəndaşları) üçün viza rejimi tətbiq edilməlidir. Turist vizalarının müddəti 30 günə qədər təyin edilsin (vizalar birbaşa sərhəddə və/və ya onlayn rejimdə verilməlidir). 30 gündən çox qalmaq istəyənlər üçün vizalar Avropa Birliyinin ən yaxşı təcrübələrinə uyğun olaraq tərtib edilmiş prosedurlara əsasən verilsin”- deyə “Lelo”-da bildiriblər.