"Lelo", "Quruculuq Strategiyası" və “Milli Hərəkat” Ana Abaşidze, Qiorqi Burcanadze və Nazi Canezaşvilini xalq müdafiəçiliyinə namizəd kimi təqdim edəcəklər
“Lelo”, “Quruculuq Strategiyası” və “Milli Hərəkat” Ana Abaşidze, Qiorqi Burcanadze və Nazi Canezaşvilini xalq müdafiəçiliyinə namizəd kimi təqdim edəcəklər. Bu barədə qərar müxalifət partiyaları tərəfindən bağlı qapılar arxasında keçirilən məsləhətləşmələr nəticəsində verilib.
“Quruculuq Strategiyası”nın lideri Q.Vaşadze qeyd edib ki, “onların vəzifəsi ardıcıl olmaqdır, qalanını isə proses göstərəcək”.
“Mən heç kimə “Gürcü Arzusu” üçün əskik olan iki səsi doldurmağı məsləhət görmürəm. İki səsi tamamlasanız, artıq müxalifət deyilsiniz, bu sadədir. Yeddi namizədin irəli sürülməsinə gəlincə, saxtakarlıq sxemi uydurublar. Yeddi namizədin irəli sürülməsini nə uydurmuşam, nə də ki, dəstəkləmişəm. Axı onların öz peykləri var, “sosialistləri” var, öz namizədlərini təqdim etmək üçün başqaları var və bununla bitir” – deyə Qiorqi Vaşadze bildirib.
Bundan başqa, “Lelo”nun üzvü Davit Usupaşvili bildirib ki, heç yerdə hansısa partiyanın 7 namizəd irəli sürməli olması göstərilməyib.
“Müxalifət 7 namizəd irəli sürməlidir deyir, hardasa yazılıb mı? Bunu hardasa qeyd ediblər? “Lelo”nun yeddi ad çəkmək öhdəliyi mi var ?! Yaxşı, sizdən xahiş edirəm ki, hər bir subyektə yaxınlaşaraq neçə namizəd irəli sürmək niyyətində olduqlarını soruşun. Ən azı üç nəfərin adını çəkmək niyyətindəyik. Dedik ki, qeyri-hökumət sektorunun təqdim etdiyi namizədləri irəli sürəcəyik və seçim prosesində başqalarının təqdim etdiyi namizədləri də müşahidə edəcəyik. Məsələni düzgün həll etmək üçün hər kəsin bərabər hüququ və məsuliyyəti var. Bu yeddini kim təyin edib? “Arzu”. Qoy hər kəs öz namizədini irəli sürsün və yeddi olacaq” –deyə Davit Usupaşvili bildirib.