“Lelo” hökumətə dərhal dialoqa başlamağı təklif edir
“Lelo” hökumətə dərhal dialoqa başlamağı təklif edir. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir.
“Prezident Saakaşvilinin aclıq aksiyası fonunda yerli seçkilərdən sonra ölkədə gərginlik günü-gündən artır. Bölünmüş cəmiyyətdə emosiyalar son dərəcə kəskindir və vəziyyət artıq partlayıcıdır. Proses açıq şəkildə xaosa və vətəndaş qarşıdurmasına doğru gedir.
Bu vəziyyətdə, siyasi və şəxsi qarşıdurma nə qədər dərin olsa da, gürcü millətinin və ümumi vətənimizin mənafeyinə uyğun olaraq, hamımız ağlabatan əks tədbirlər görmək üçün resurslar tapmalıyıq.
“Lelo” hakimiyyətə müraciət edərək, vəziyyəti gərginləşdirməyin konkret yollarını tapmaq üçün dərhal dialoqa başlamağa çağırır. Hər itirilmiş dəqiqə Gürcüstan dövlətinin taleyini kökündən dəyişə bilər.
“Lelo dərhal müxalifətlə iqtidar arasında dialoqa getməyə hazırdır”, – partiyanın mətbuat xidmətinin bəyanatında deyilir.