"Le Monde" - Fransanın Alp dağlarında rus casuslarının bazası aşkarlanıb
Fransanın “Le Monde” nəşriyyatının yaydığı məlumata görə, Fransanın Alp dağlarında rus casuslarının bazası aşkarlanıb.
Nəşriyyatın yaydığı məlumata əsasən, 15 rus casusu Fransanın Alp dağlarındaki bazadan bütün Avropada həyata keçirilən əməliyyatları nəzarət edirdi.
Onların arasında Sergey Skripal işi də var. Avropa Xüsusi Xidmətinin əməkdaşları rus casuslarının bazasını məhz Skripal işinin istintaqı zamanı aşkarladılar.
“Le Monde”-nin iddiasına görə, casuslar Rusiya hərbi kəşviyyat xidmətinin əməkdaşlarıdırlar.
Xatırladaq ki, dekabrın 4-də Almaniyadan iki rus diplomatı qovuldu.
Bunun səbəbi isə, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli oldu.
Almaniya Xarici İşlər Nazirliyində bəyan edirlər ki, qeyd olunan tədbir ona görə görüldü ki, Rusia Xanqoşvilinin qətli məsələsinin istintaqında yardım etməkdən imtina edir.