Lazare Qriqoriadisin prosesində ittihamçı tərəfin şahidi, əmtəə üzrə ekspert dindirilib
Lazare Qriqoriadisin prosesində ittihamçı tərəfin şahidi, əmtəə üzrə ekspert dindirilib

 
Polislərə hücumda təqsirləndirilən Lazare Qriqoriadisin məhkəməsində ittihamçı tərəfin şahidi, əmtəə üzrə ekspert Mamia Cvarşeişvili dindirilib.

Prokuror Tamar İakobidze ekspertin polis avtomobillərinə dəyən ziyanı qiymətləndirdiyini bildirib. Lazare Qriqoriadis avtomobillərdən birinə ziyan vurmaqda ittiham olunur. İakobidze əmtəə ekspertinin polis avtomobilinə dəyən ziyanın 39 min lari olduğunu təsdiqlədiyini bildirib.

Qriqoriadisin vəkili Lika Bitadze bütün sübutların, o cümlədən əmtəə ekspertinin ifadəsinin mübahisəli olduğunu deyib. O, dəymiş ziyanın qarşılanmasını ola bilsin Qriqoriadisin üzərinə yükləyəcəklərini bildirib, buna isə qarşı çıxırlar.

Proses avqustun 25-i üçün təxirə salınıb.

Qriqoriadis polisə hücum və başqasının əmlakına ziyan vurmaqda ittiham olunur. Söhbət Lazare Qriqoriadisin iştirakçısı olduğu 7-8 mart etirazlarından gedir.