Lazare Qriqoriadisin işi üzrə məhkəmə prosesi aprelin 8-dək təxirə salınıb
Lazare Qriqoriadisin işi üzrə məhkəmə prosesi aprelin 8-dək təxirə salınıb

 
Tbilisidə martın 7, 8, 9-da keçirilən etiraz aksiyaları zamanı polisə hücum və əşyaya ziyan vurma faktları üzrə təqsirləndirilən Lazare Qriqoriadisin işi üzrə məhkəmə prosesi aprelin 8-dək təxirə salınıb. Məhkəmə prosesinin təxirə salınmasına səbəb Lazare Qriqoriadisin iclasda iştirak etməməsi olub.

Lazare Qriqoriadis iclasa uzaqdan qatılmaq arzusunu bildirib, hakim bunu təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin səhhətində hansısa problem yaranarsa buna icazə verilir, bu mərhələdə isə problem qeydə alınmır. Hakim Lazare Qriqoriadisin iclasda iştirakını tələb edir.

İş ilə bağlı yalnız yekun nitqin söylənilməsi qalıb. Tərəflər bu mərhələni başa vurduqdan sonra hakim hökmü elan edə biləcək.

Martın 7, 8, 9-da Rustaveli prospektində keçirilən aksiya zamanı polisə hücum və əşyaya ziyan vurma faktları üzrə təqsirləndirilən Lazare Qriqoriadisin barəsində qətimkan tədbiri olaraq martın 31-də həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatına görə, Lazare Qriqoriadis etiraz aksiyası zamanı polisə daş və “Molotov kokteyli” atıb, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırıb.