Lazare Qriqoriadis doqquz il müddətinə azadlıqdan məhrum edilib
Lazare Qriqoriadis doqquz il müddətinə azadlıqdan məhrum edilib

Məhkəmə martın 7, 8, 9-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı polislərə hücum etməkdə və əmlaka ziyan vurmaqda ittiham olunan Lazare Qriqoriadisi 9 il müddətinə azadlıqdan məhrum edib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradze hökmü bir neçə dəqiqə əvvəl elan edib.

Lazare Qriqoriadis 2023-cü ilin martında Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyaları zamanı polis əməkdaşlarının sağlamlığına təhlükə yaratmaq və dövlət əmlakını məhv etmək faktları üzrə ittiham olunurdu. Onun barəsində ötən ilin martın 31-də həbs qətimkan tədbiri seçilib.

İstintaqın məlumatına görə, aksiya zamanı Lazare Qriqoriadis polis əməkdaşlarına daş və “Molotov kokteyli” atıb, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırıb.