"Layiqli tərəfdaş 2022" çərçivəsində xüsusi əməliyyat qüvvələrinin nümayiş təlimi keçirilib
"Layiqli tərəfdaş 2022" çərçivəsində xüsusi əməliyyat qüvvələrinin nümayiş təlimi keçirilib

 

“Layiqli tərəfdaş 2022” çərçivəsində xüsusi əməliyyat qüvvələrinin nümayiş təlimi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumatda, ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının general-mayoru Tomas Kardenin Müdafiə Qüvvələrinin rəhbər şəxsləri ilə birgə təlimin gedişatı ilə tanış olduğu deyilir. General-mayor Qiorqi Matiaşvili 4-cü Piyada Briqadasında çoxmillətli briqadanın qərargahında amerikalı qonağı qəbul edib.

Bu gün həm də Müdafiə Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin nümayiş təlimi keçirilib. Təlimdə Gürcüstan, Böyük Britaniya və Polşa xüsusi əməliyyat qüvvələrinin nümayəndələri iştirak ediblər. Alınan kəşfiyyat məlumatlarına əsasən, onlar məqsədi bölgədə sabitliyi pozmaq olan kəşfiyyat təxribat qrupunu aşkar ediblər. Təlimdə iştirak edən ölkələrin xüsusi əməliyyat qüvvələrinin nümayəndələri reyd keçirərək birgə hərəkətlərlə düşməni uğurla zərərsizləşdiriblər.

Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, “Layiqli tərəfdaş 2022” çoxmillətli təliminin artıq altıncı dəfədir ki, Gürcüstanda keçirildiyi deyilir və onun məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır.

“Gürcüstan və Amerika Birləşmiş Ştatlarını xüsusi tərəfdaşlıq birləşdirir. Mən 28 ilə yaxındır ki, bu tərəfdaşlığın inkişafında şəxsən iştirak etmişəm. Bu, mənim üçün həm şəxsi, həm də peşəkar baxımdan vacibdir. Mən Gürcüstanın Müdafiə Qüvvələrinin hər il necə böyüdüyünü və daha da yaxşılaşdığını izləyirəm” – bu barədə ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının komandanı, general-mayor Tomas Karden bildirib.