"Layiqli partnyor 2018"-də iştirak edən amerikan hərbi texnikası artıq Gürcüstandadır
“Layiqli partnyor 2018” adlı çox millətli hərbi təlimlərdə iştirak etmək üçün gərəkən amerikan hərbi texnikası artıq Gürcüstandadır.
Müdafiyə Nazirliyinin məlumatına görə, ABŞ-ın silahlı qüvvələrinin hərbi zirehli maşını “Straiker”, piyada qüvvələrin hərbi maşını “Bredli”, M1A2 topli tank “Abrams” və digər hərbi texnika artıq Poti portuna gətirilib.
Amerikan hərbi texnikası Vaziani hərbi bazasına doğri gedir.
Hərbi təlimlərdə iştirak edən amerikan əsgərlərinin hissələri isə, Gürcüstana iyulun 31-nə qədər mərhələ şəklində gələcəklər.
Hərbi təlimlər Vaziani hərbi aerodromunda avqustun 1-də açılacaq.
“Layiqli partnyor 2018” təlimləri Gürcüstanın silahlı qüvvələri və ABŞ əsgərinin Avropa rəhbərliyinin liderliyi ilə həyata keçirilir.
Hərbi təlimlərin ssenarisi özünü müdafiyə əməliyatlarına əsaslanır.
Bu haqda məlumatı Gürcüstanın Müdafiyə nazirliyi yayır.