Latviyanın müdafiə naziri qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini dəstəkləyir
Latviyanın müdafiə naziri qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini dəstəkləyir

 
Latviyanın müdafiə naziri qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini dəstəkləyir.

Andris Spruds, ideyanın hökumət koalisiyasında, parlamentdə və cəmiyyətdə hələ də müzakirəyə ehtiyac duyduğunu bildirir.

Hakim partiyalardan olan siyasətçilər qadınların hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı hələlik konsensusa malik deyillər.

Bundan əvvəl Milli Silahlı Qüvvələrin (NAF) komandanı Leonid Kalninş qadınların milli müdafiə xidmətinə çağırılması imkanının müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib.

Leonid Kalninş, qadınların xidmət etdiyi bölmələrdə keyfiyyət, operativlik və nizam-intizamın xeyli yüksək olduğunu bildirib. Kalninş əlverişsiz demoqrafik vəziyyətin səfərbərliklə bağlı narahatlıqlara səbəb olduğunu inkar etməyib. Gələn il minə qədər gəncin Milli Müdafiə Xidmətini keçməsi, gələcəkdə isə ildə 4 minə qədər əsgərin hazırlanması planlaşdırılıb.

“Təsəvvür edək ki, mən, 18 yaşlı vətəndaş, qızların könüllü olaraq xidmət etməyi planlaşdırdıqlarını görürəm – və biz müvafiq siyasi qərar qəbul etsək, bu, çox yaxşı siqnal olacaq” – Latviyanın Milli Silahlı Qüvvələrinin komandanı bildirib.