Latviyanın baş naziri - namizəd statusunun verilməsini dəstəkləyirəm, Avropa üçün bu mühüm addımdır, vaxt gəldi ki, Avropa İttifaqının daha da geniş kluba çevrilməsi barəsində danışaq
Namizəd statusunun verilməsini dəstəkləyirəm, Avropa üçün bu mühüm addımdır, vaxt gəldi ki, Avropa İttifaqının daha da geniş kluba çevrilməsi barəsində danışaq, – bu barədə Latviyanın baş naziri Krişyan Karinis Bratislavada gürcü jurnalistlərlə söhbətində bəyan etdi.
Latviyanın baş naziri bəyan edir ki, Avropa üçün siyasi mesaj göndərmək vacibdir.
Bununla yanaşı, Krişian Kariniş bəyan etdi ki, Rusiyanın Ukraynadakı səbəbsiz müharibəsi təkcə Avropada deyil, bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir.
“Namizədin statusu Avropa İttifaqı Şurasının iyunda keçiriləcək növbəti iclasında müzakirə olunacaq. Mən bu addımı dəstəkləyirəm. Fikrimcə, əhəmiyyətlidir ki, biz, Avropa siyasi ismarıclar göndərək. Lakin disskusiya yenə də açıqdır və baxaq nə baş verəcək. Mən namizəd statusunun verilməsini dəstəkləyirəm. Avropa üçün bu mühüm addımdır. Demokratiyaların birgə işləməsi çox vacibdir. Avropa Birliyinə daxil olmaq istəyən və növbəti addımı atmaq, irəli getmək istəyən ölkələrimiz var. Məncə, bu çox vacibdir, çünki biz çox dəyişkən bir dünyada yaşayırıq. Rusiyanın Ukraynadakı səbəbsiz müharibəsi təkcə Avropada deyil, bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir. Biz çalışmalıyıq ki, Rusiya müharibəni uduzsun. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Lakin, fikrimcə vaxt gəldi ki, Avropa İttifaqının daha da geniş kluba çevrilməsi barəsində danışaq”, – Kariniş bəyan etdi.