Ən yaxşı gürcü şərablarını dadın, – bu başlıqla Milli Şərab Agentliyi Latviyada gürcü şərabının onlayn reklam kampaniyasına başladı.
Milli Şərab Agentliyinin məlumatına görə, gürc şərabı və şərab mədəniyyətinin populyarlaşdırlması məqsədi ilə yerli tele şirkətlərdə video çarx göstəriləcək. “Feysbuk”, “instagram”, Youtube” sosoial media platformalarında gürcü şərabının promo səhifələri yaradıldı. Reklam çarxları yerli radio efirlərində də yayılmlanacaq. Müxtəlif nəşrlərdə reklam məqalələri və müsahibələr dərc olunur.