Latviya Seyminin deputatı - Gürcüstan Parlamentinin nümayəndələri ilə müzakirə zamanı biz vurğuladıq ki, Latviya Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmasını dəstəkləyir
Gürcüstan Parlamentinin nümayəndələri ilə müzakirə zamanı biz vurğuladıq ki, Latviya Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmasını dəstəkləyir, -bu barədə Latviya Seyminin deputatı, Aynars Latkovskis “tvitterdə” yazır.
“Gürcüstan Parlamenti ilə əməkdaşlıq etmək məqsədilə bu gün rəhbərlik etdiyim bir qrup deputat gürcü millət vəkilləri və Gürcüstan-Latviya dostluq qrupunun rəhbəri, Beka Odişaria ilə görüşdü.
Biz Gürcüstanın NATO və Avropa İttifaqına doğru irəliləyişini müzakirə etdik. Vurğuladıq ki, Latviya Respublikası Gürcüstanın hər iki təşkilata üzv qəbul olunmasını dəstəkləyir”, – Aynars Latkovskis yazır.
Latviya Respublikası Seymi ilə dostluq qrupunun rəhbəri, Diaspor və Qafqaz Komitəsinin sədri Beka Odişariya, Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze və bölgə siyasət və özünüidarəetmə komitəsi sədrinin birinci müavini İrakli Zarkua Latviyaya səfəri çərçivəsində Latviya Seyminin Gürcüstan Parlamenti ilə dostluq qrupunun sədri Aynars Latkovskis, sədr müavini Uldi Budrik və dostluq qrupunun üzvü Raymond Berqmanis ilə görüşdülər.