Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsinin nümayəndə heyəti Gürcüstanın Daxili İşlər Nazirliyində olub
Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsinin Sərhəd Mühafizəsinin rəisi general Quntis Puatsın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Daxili İşlər Nazirliyində rəsmi səfərdə olub. Nümayəndə heyətinin üzvlərini Gürcüstanın daxili işlər nazirinin müavini Qiorqi Butxuzi qəbul edib.
Daxili İşlər Nazirliyində keçirilən görüşdə həmçinin Sərhəd Polisinin rəisi Nikoloz Şaradze və Patrul Polis Şöbəsinin direktoru Vaja Siradze iştirak edib.
Görüşdə Latviya nümayəndə heyətinin rəhbəri Gürcüstana yeni təyin olunmuş Miqrasiya Əlaqələri üzrə zabiti Raitis Tiliksi nazir müavininə təqdim edib.
Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əlaqələrin əhəmiyyətindən və gələcək perspektivlərdən danışıblar. Qiorqi Butxuzi gürcü tərəfinin Latviya Respublikası ilə səmərəli və məhsuldar əməkdaşlığı xüsusilə qiymətləndirdiyini qeyd edib. O, həmçinin görüşdə sərhəd mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu sahədə xüsusi dəstəyə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür edib.
Səfər çərçivəsində Sərhəd Polisinin rəisi Nikoloz Şaradze və Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsinin rəisi Quntis Puats “Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi və Gürcüstan Daxili İşlər Nazirliyi-dövlət alt-idarələri müəssisəsi sərhəd polisi arasında əməkdaşlıq haqqında” tərəfdaşlıq sazişi imzalayıblar.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Şöbəsində də olublar, eləcə də Tbilisi Beynəlxalq Hava Limanında müvafiq polis bölmələrinin fəaliyyəti barədə məlumat alıblar.
Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər ümumi səylər və intensiv əməkdaşlıq yoluyla iki qurumun imkanlarını daha da gücləndirməyin və inkişaf etdirməyin mümkün olacağına ümidvar olduqlarını bildiriblər.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.