Latviya Müdafiə naziri - rus ordusu Ukrayna üzərində konsentrasiya olunub, lakin təxribatlar həmişə ola bilər, biz təkcə Gürcüstanda deyil, digər ölkələrdə də təxribatlara hazır olmalıyıq
Latviya Müdafiə naziri - rus ordusu Ukrayna üzərində konsentrasiya olunub, lakin təxribatlar həmişə ola bilər, biz təkcə Gürcüstanda deyil, digər ölkələrdə də təxribatlara hazır olmalıyıq

Ukraynadakı aqressiyaya son qoyulmalıdır elə ki, artıq Rusiyadan heç yerdə müharibə təhlükəsi olmasın, – bu barədə Latviyanın Müdafiə naziri, baş nazirin müavini, Artis Pabrikis Gürcüstanın Birinci Kanalına Türkiyədə bəyan etdi.

Art Pabrikisin qeyd etdiyi kimi, bütün səylər Ukraynaya kömək etmək üçün göstərilməlidir.

“İndi göründüyü kimi, rus ordusu Ukrayna üzərində konsentrasiya olunub və bu məqamda düçünürəm, imkanları belə yoxdu ki, məsələn Gürcüstan hücum etsinlər, lakin təxribatlar həmişə ola bilər, biz təkcə Gürcüstanda deyil, digər ölkələrdə də təxribatlara hazır olmalıyıq. Gürcüstanın Avropa yolu barəsində ərizəyə gəldikdə, bu həmişə asan getmir, buna vaxt lazımdır. Çünki Avropa İttifaqı elə institutdur ki, yavaş işləyir siz ümidinizi itirməyəsiniz, hər şeyi edin, nə etməlisinizsə və bir gün bu məqam mütləq gələcək”, – Pabrikis qeyd etdi.