Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Gürcüstana gəldilər
Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Bayba Braje, Qabrielius Landsbergis, Marqus Tsahkna və Tordis Kolbrun Reikfiyord Qilfadottir Gürcüstana gəldilər. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkədə məlumat yayır.
“Biz Gürcüstana gəldik. Çətin zamanda dostlarınıza güvənə bilərsiniz”, – Tsahkna yazır və həmkarları ilə bərabər çəkdirdiyi fotoyu dərc edir.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də Gürcüstana gəlişi barədə yazır.
“Biz Gürcüstana gəldik, burada demokratiya, azadlıq və Avropanın gələcəyi üçün növbəti mübarizə gedir” – Qabrielius Landsbergis yazır.