Laşa Xutsişvili və Koba Qvenetadze Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşüblər
Laşa Xutsişvili və Koba Qvenetadze Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşüblər

 

Maliyyə naziri Laşa Xutsişvili və Milli Bankın prezidenti Koba Qvenetadze Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüblər.

Görüşdə həmçinin, bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Mateo Patrone, Gürcüstanın bankın Direktorlar Şurasındakı nümayəndəsi Klara Klori, AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen, maliyyə nazirinin müavini Ekaterine Quntsadze və Milli Bankın vitse-prezidenti Papuna Lejava iştirak ediblər.

Görüş Mərakeşdə AYİB-in illik toplantısı və biznes forumu çərçivəsində baş tutub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən bankın dəstəyilə həyata keçirilən cari layihələri müzakirə ediblər.

“Ölkənin mövcud makroiqtisadi parametrləri, xüsusən də Rusiya təcavüzü nəticəsində Ukraynada davam edən hərbi əməliyyatlar fonunda iqtisadiyyatın bərpası tendensiyaları nəzərdən keçirilib.

Həmçinin, Gürcüstan tərəfindən Ukraynaya göstərilən dəstəyə və tətbiq olunmuş beynəlxalq sanksiyaların yerinə yetirilməsi məsələlərinə toxunulub.

Maliyyə naziri AYİB-in birinci vitse-prezidentinə bankın Gürcüstanın müxtəlif sahələrinə göstərdiyi dəstəyə görə təşəkkür edib” – deyə Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Verdikləri məlumata əsasən, görüşdə Gürcüstan və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında məhsuldar əməkdaşlığın davam etdirilməsi ilə əlaqədar hazırlıq ifadə olunub.